Keçid linkləri

2016, 30 Sentyabr, Cümə, Bakı vaxtı 15:44

-

Azərbaycan xalq əfsanəsi yeni tərtibatda "Apardı sellər Saranı" Tehranın Azadi Qala teatrında iyulun 24-də səhnəyə qoyulacaq. Bu haqda "Tehrantimes" xəbər verir. Tamaşaya İrəc Əfşari-Əsl rejissorluq edəcək, məhs o populyar xalq əfsanəsini teatr tamaşasına çevirib.

Buna da bax: "R.Siami: İndi İranda çox gənc filmlərini Azərbaycan türkcəsində çəkir"

Yeni tərtibat teatr direktorunun təzyiqi altında bacardıqca tez bir zamanda pyes yazmağa çalışan yazardan bəhs edir, yazar pyesi yazıb qurtarıb, amma bəzi səhnələr hələ də ürəyincə deyil. Tamaşada əhvalatlar azərbaycan xalq aşığı tərəfindən söylənilir və çoxlu azərbaycan xalq mahnılarının müşayəti ilə davam edir.

Tamaşada məşhur aşıq Sirus Mehdipur, həmçinin tanınmış aktyorlardan Ataş Taqipur, Fatimə Şükrü, Əli Yazerlu, Siavash Jame, Bahar Mahmudzadə və Ümid Səidpur iştirak edirlər.

Buna da bax: "İranda Azərbaycan dilində "Soyuq" adlı film çəkilib"

Tamaşa avqusun 17-nə qədər Azadi Qala teatrın böyük zalında göstəriləcək.

XS
SM
MD
LG