Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 12:26

Rabitə və Yüksək Texnologiyaları Nazirliyinin keçmiş Aparat rəhbəri Vidadi Zeynalovun səhhətində problemlər yarandığı bildirilir.

Bu haqda 1 saylı Bakı İstintaq Təcridxanasında saxlanan keçmiş məmurun vəkili Ceyhun Yusifov bilgi verib.

Vəkil «Report»a deyib ki, V.Zeynalovun səhhəti qənaətbəxş deyil.

«Artıq neçənci aydır ki, onun belində ağrılar var. Bu da Vidadi Zeynalova çox əziyyət verir. Penitensiar Xidmətə müraciət etmişik. O, xüsusi avadanlıqların olduğu tibb müəssisəsində müalicə olunmalıdır. V.Zeynalov mənim vasitəmlə müvafiq qurumlarda müalicə olunmasına şərait yaradılmasını xahiş edir», - vəkil bildirib.

V.Zeynalov 2015-ci ilin oktyabrında həbs edilib. Ona qarşı külli miqdarda mənimsəmə, vəzifə səlahiyyətlərindən sui-istifadə ittihamları irəli sürülüb.

2015-ci ilin oktyabrında milli təhlükəsizlik naziri Eldar Mahmudov vəzifəsindən azad ediləndən sonra həm bu qurumda, həm də Rabitə və Yüksək Texnologiyalar Nazirliyində bir çox yüksəkvəzifəli şəxs həbs edildi.

Mətbuatda E.Mahmudovun işdən çıxarılmasından sonra Rabitə və Yüksək Texnologiyalar Nazirliyindəki həbslərlə bağlı müxtəlif versiyalar səsləndi. Ən çox səslənən versiyalarda qeyd edilirdi ki, milli təhlükəsizlik naziri E.Mahmudov ölkənin rabitə sistemindən bir sıra vəzifəli şəxslərin qanunsuz dinlənməsini həyata keçirib.

MTN şefinin gedişi ətrafında sirr pərdəsi

Günün bütün mövzuları

XS
SM
MD
LG