Keçid linkləri

logo-print
2016, 02 Dekabr, Cümə, Bakı vaxtı 22:34

'Münhen atıcısı'nın İŞİD-lə bağlılığına aid sübut yoxdur


Münhendə 9 nəfərin ölməsi, 16 nəfərin yaralanması ilə nəticələn hadisəni «İslam Dövlət» qruplaşmasının (İŞİD) törətdiyinə dair, hələlik, sübutlar yoxdur.

Bavariyanın polis müdiri Hubertus Andra deyib ki, hadisəni törədən 18 yaşlı gəncin İŞİD-lə hər hansı əlaqəsinə rast gəlinməyib.

Polis müdiri bildirib ki, hücumu törədən şəxsin kompüterindən zorakılıq, qətllərlə bağlı məqalələr, çantasından çoxlu güllələr tapılıb.

18 yaşlı gənc adamları 9 mm-lik «Glock» markalı silahla qətlə yetirib. Daha sonra özünü başından vuraraq intihar edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG