Keçid linkləri

2016, 26 Sentyabr, Bazar ertəsi, Bakı vaxtı 23:02

«İndiyə qədər sayı bilinməyən miqyasda xeyli sıravi əsgər saxlanılıb. Onlardan 1200 nəfəri azad olunub».

Bunu iyulun 23-də Ankara baş prokuroru Harun Kodalak deyib.

Kodalak bildirib ki, söhbət hadisələrdən xəbərsiz olan sıravilərdən gedir:

«Saxlananlar arasında hələ də xeyli sayda sıravi var. Onların da işləri araşdırılacaq. Adamlara atəş açmayan, camaatın üstünə tank sürməmiş, hadisələrdən xəbəri olmayan bütün sıravilər buraxılacaq».

İyulun 15-ə Türkiyədə 300-ə yaxın adamın ölümü ilə nəticələnmiş çevrilişə cəhddən sonra minlərlə adam həbs olunub. Onların arasında sıravi əsgərlər və çavuşlar üstünlük təşkil edir. Onların yaxınları övladlarının komandirlərinin əmrinə tabe olduğunu, heç bir cinayətdə iştirak etmədiklərini bildirir.

Günün bütün mövzuları

XS
SM
MD
LG