Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 23:06

Norveç qətliamı anılır


Norveçdə 5 il əvvəl terror nəticəsində qətlə yetirilən 77 nəfərin xatirəsi anılır.

Anma mərasimlərində baş naziri Erna Solberg, şahzadələr Haakon və Mette Marit də iştirak edib.

Norveçli terrorçu Anders Breivik tərəfindən öldürülən, aralarında uşaqların da olduğu 77 nəfərin qətli ölkə tarixində ən qaranlıq səhifələrdən biri sayılır.

Breivik 5 il əvvəl əvvəlcə paytaxt Osloda partlayış törətmişdi. Həmin partlayışda 8 nəfər həyatını itirmişdi. Terrorçu daha sonra paytaxtdan aralı yerləşən Utoya adasına gedərək silahla 69 nəfəri qətlə yetirmişdi.

Bu qətllərə görə Anders Breivik 21 il həbs cəzası alıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG