Keçid linkləri

2016, 30 Sentyabr, Cümə, Bakı vaxtı 02:05

ABŞ-ın Türkiyədə iyulun 15-də baş verən çevriliş cəhdindən əvvəlcədən xəbərdar olması haqda yayılan xəbərlər tamamilə əsassızdır.

Bunu ABŞ prezidenti Barack Obama Vaşinqtonda keçirdiyi mətbuat konfransında deyib. Obama bildirib ki, o bunu Türkiyə prezidenti Recep Tayyip Erdoğan-a telefon söhbətində də deyib. Obama Erdoğan-a Amerikanın demokratik yolla seçilmiş hökuməti dəstəklədiyini də çatdırıb.

Obama onu da bildirib ki, ABŞ-ın çevriliş cəhdində rol oynaması haqda yayılan xəbərlər Türkiyədəki amerikalıların həyatını risk altında qoyur.

ABŞ prezidenti Türkiyənin çevriliş cəhdi törətməkdə ittiham etdiyi Fethullah Gülen-in qaytarılmasına da toxunub. Deyib ki, bunun üçün Gülen-in çevrilişə cəhd etdiyi sübut olunmalıdır.

Buna da bax - Fetlullah Gülen-in Azərbaycan bağları...

XS
SM
MD
LG