Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 19:21

Münhendə təhlükəsizlik tədbirləri gücləndirilib


Münhendə atışma - operativ görntülər
Gözlə

No media source currently available

0:00 0:02:28 0:00

Münhendə atışma - operativ görntülər

Almaniyanın Münhen şəhərindəki ticarət mərkəzlərinin birində 9 nəfərin ölümü, 20-dən çox adamın yaralanması ilə nəticələnən atışmadan sonra polis təhlükəsizlik tədbirlərini gücləndirib.

Helikopterlərin uçuş həyata keçirdiyi Moozax rayonunda giriş-çıxışlara nəzarət olunur.

Hüquq-mühafizə orqanları onsuz da Münhenin daxil olduğu Bavariya əyalətində iyulun 18-dən gücləndirilmiş vəziyyətdə işləyirdi. İyulun 18-də qatarların birində 5 nəfər bıçaqlanmışdı.

Yerli media yazır ki, bütün ictimai nəqliyyat vasitələrinin hərəkəti dayandırılıb.

Bu arada şəhəri mərkəzin hissəsi olan Ştaxusda daha bir terror hadisəsinin törədildiyi xəbəri yayılıb. Ancaq bu xəbər təsdiqini tapmayıb.

Rəsmilər şəhər sakinlərinin telefonlarına təhlükəsizliklərinə görə qələbəlik olan yerlərdə toplaşmamaqla bağlı mesajlar göndərirlər.

XS
SM
MD
LG