Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 02:20

Atəşkəslə bağlı 23 iyul açıqlaması


Erməni əsgər
Erməni əsgər

Müdafiə Nazirliyi bildirir ki, Ermənistan silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan istifadə etməklə sutka ərzində atəşkəsi ümumilikdə 14 dəfə pozublar.

Məlumatda qeyd edilir ki, Ermənistanın İcevan və Noyemberyan rayonundan Azərbaycan ordusunun Qazax rayonunun Bala Cəfərli kəndindəki mövqeləri atəşə tutulub.

Bundan başqa, Berd rayonundan da Azərbaycan Silahlı Qüvvələrinin Tovuz rayonunun Muncuqlu kəndində yerləşən mövqelərinin vurulduğu açıqlanıb.

Nazirliyin bildirməsinə görə, Ağdam, Tərtər, Füzuli, Goranboy və Cəbrayıl rayonları istiqamətlərində də Azərbaycan ordusunun mövqeləri hədəf seçilib.

Bu il aprelin 2-dən 5-nə kimi Qarabağ cəbhəsində baş verən hərbi əməliyyatlarda hər iki tərəf onlarla itki verib. Bundan sonra ATƏT-in Minsk qrupu Azərbaycan və Ermənistan rəhbərliyinin görüşünü təşkil edib. Bu il mayın 16-da Vyanada keçirilən görüşdən sonra cəbhədə iri hərbi əməliyyatlar dayanıb.

Qarabağ münaqişəsi 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayon işğal edilib.

XS
SM
MD
LG