Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 10:49

Münhen qətliamını bir nəfər törədib (Yeni videolar)


Münhendə hücumçulardan birinin görüntüsü
Gözlə

No media source currently available

0:00 0:00:13 0:00

Münhendə hücumçulardan birinin görüntüsü

-

Almaniya polisinin verdiyi məlumata görə Münhen şəhərinin ticarət mərkəzində 9 nəfərin ölümünə səbəb olmuş gülləbaran tənha silahlı tərəfindən törədilib.

Polis şübhəlinin Münhendə yaşayan 18 yaşlı iranlı olduğunu bildirib. Onun motivləri hələlik bilinmir.

Polisin mətbuat konfransında verdiyi məlumata görə 3-ü ağır olmaqla 20 nəfər yaralanıb.

Bundan əvvəl yayılan xəbərlərdə atışmanı üç nəfərin törətdiyi bildirildiyinə görə polis genişmiqyaslı axtarış əməliyyatına başlamışdı.

Şübhəlinin meyiti Mosak məhəlləsində, atışmanın baş verdiyi Olympia ticarət mərkəzinin 1 kilometrliyində aşkar edilib.

Polis bildirir ki, şübhəlinin hər hansı terrorçu qruplaşmalarla əlaqəsinə dair məlumata malik deyil.

Ticarət mərkəzinə üç nəfərin hücum etdiyi barədə xəbərlərə şahidlərin ifadələri yanlış olaraq rəvac vermişdi.

Onlar hadisə yerindən maşına minərək sürətlə uzaqlaşan iki nəfəri gördüklərini bildirmişdilər.

Sonradan bu adamların hücumla bağlı olmadıqları məlum olub.

***

Bundan əvvəl xəbər verilirdi ki, Münhen şəhərindəki ticarət mərkəzində baş vermiş gülləbaranda 9 nəfərin həlak olmasının ardınca Almaniya polisi naməlum silahlıların axtarışına başlayıb.

Polis Olympia ticarət mərkəzində atışma zamanı 9 nəfərin öldürüldüyünü rəsmən təsdiq edib.

Polis meyitlərdən birinin basqınçılardan olub-olmadığını araşdırır.

Bəzi məlumatlara görə hücum edənlıərdən biri öz başına atəş açaraq intihar edib.

Münhendə atışma - operativ görntülər
Gözlə

No media source currently available

0:00 0:02:28 0:00

Basqınçıları yaxalamaq mümkün olmayıb

Hücum edənləri yaxalamaq hələki mümkün olmayıb. Şahidlər atəş açanların 3 nəfər olduğunu söyləyirlər.

Polis adamları ictimai yerlərə getməkdən çəkindirən xəbərdarlıq verib.

Şəhərin şimal-qərbindəki Mosax rayonunda yerləşən ticarət mərkəzinin işçiləri hələ də oradadırlar.

Şəhər nəqliyyatının hərəkəti tam dayandırılıb.

Polis yaranmış situasiyanı “kəskin terror vəziyyəti” kimi qiymətləndirib.

Bavariya paytaxtının əsas dəmiryolu vağzalı bağlanıb.

Polis helikopterləri şəhər üzərində axtarış uçuşları edir, Münhenə xüsusi təyinatlı qüvvələr yeridilib.

Bavariyanın ictimai radiosu bildirir ki, ölkənin seçmə GSG9 sərhəd təhlükəsizliyi qüvvələri Münhenə gətirilir.

Çexiyada təhlükəsizlik gücləndirilib

Bavariyanın baş naziri Horst Seehofer təhlükəsizlik müşavirləri ilə təcili iclas keçirir. Almaniyanın daxili işlər naziri Thomas de Maiziere məzuniyyətini yarımçıq dayandırıb.

Qonşu Çexiyada təhlükəsizlik tədbirləri gücləndirilib.

Bundan əvvəl Almaniyanın cənubundakı Münhen şəhərinin ticarət mərkəzlərindən birində baş vermiş atışmada çox sayda ölən və yaralının olduğu xəbər verilirdi.

Münhendə baş vermis gülləbaran son səkkiz gündə Qərbi Avropada mülkiləri hədəfləyən üçüncü basqındır.

Bundan əvvəl Fransa və Almaniyada baş vermis terror aktları üçün məsuliyyəti öz üzərinə İslam Dövləti adlandırılan təşkilat götürüb.

Münhen polisi bu hücumun da terror aktı olduğunu güman edir.

Polis və təhlükəszilik qüvvələri Olympia ticarət mərkəzinin evakuasiyasını həyata keçirir, lakin çox sayda insanın mağazalarda gizləndiyi bildirilir.

Bavariyanın Daxili İşlər Nazirliyi 3 nəfərin öldürüldüyünü xəbər verib. Bəzi başqa mənbələr azı 6 nəfərin həlak olduğunu bildirirlər.

Muencher Abendzeitung qəzeti isə azı 15 nəfərin öldüyünü xəbər verir.

Münhendə polis əməliyyatı - atışmada azı 6 nəfər həlak olub
Gözlə

No media source currently available

0:00 0:00:47 0:00

Atışma McDonald's-da başlayıb

Polisin sözçüsü Thomas Baumannın sözlərinə görə atışma yerli vaxtla saat 18:00-da ticarət mərkəzindəki “fast food” restoranından başlayıb. O ölü sayının hələ ki, dəqiq bəlli olmadığını bildirib.

Münhen polisi ticarət mərkəzindəki atışmada xeyli adamın öldüyünü və yaralandığını bildirir.

Polis hesab edir ki, hücumu azı 1 nəfər törədib. Ticarət mərkəzindən insanların evakuasiyası davam etdirilir.

Digər məlumatlara görə adamlara atəş açanların üç nəfər olduğu bəllidir.

Atışmanın ticarət mərkəzindəki McDonald's kafesində başlandığı xəbər verilib.

Münhen şəhər bələdiyyəsi bir çox avtobus, qatar və tramvay xətlərində hərəkətin dayandırıldığını bəyan edib.

-

Polis “Olympia Einkaufszentrum” mərkəzinin yerləşdiyi meydanı mühasirəyə alıb.

Münhen polisi əməliyyat aparıldığını bildirir.

Hadisənin motivi hələlik bilinmir, amma polis məsələnin ciddi olduğunu deyir.

Bu ticarət mərkəzi şəhərin Moozax rayonundakı stadionun ətrafında yerləşir.

“Qara sentyabr” adlı fələstin qrupunun ekstremist üzvləri 1972-ci ildə bu stadionda 11 israilli idmançını girov götürərək güllələmişdilər.

Polislər hadisə yerində
Polislər hadisə yerində

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG