Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 03:56

Jurnalistin maşınına bomba qoyulmasının görüntüsü yayılıb


Pavel Sheremet

Pavel Sheremet

-

Ukraynanın “Obozrevatel” nəşri Kiyevdə öldürülən jurnalist Pavel Sheremetin maşınına bomba qoyulmasının görüntüsünü yayıb.

Videodan onun qadın olduğu görünür.

Nəşrin yazdığına görə, video jurnalistin ölümünə bir neçə saat qalmış çəkilib və qadının ortağı olub.

Pavel Sheremetin maşını iyulun 20-si səhər saatlarında Kiyevdə partladılıb.

O həmin vaxt “Vesti” radiosunun səhər efirinə gedirmiş.

Avtomobil “Ukrainskaya pravda” qəzetinin rəhbəri

Alena Pritula məxsus olub.

Amma o, hadisə vaxtı maşında olmayıb.

Ukrayna hakimiyyəti bunun qəsdən törədilmiş qətl olduğunu bəyan edib və hesab edir ki, bu qətlin arxasında Rusiya dura bilər.

Pavel Sheremet iyulun 22-də Minskdə dəfn olunub.

Günün bütün mövzuları

XS
SM
MD
LG