Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 08:10

BMT yeni baş katibini seçir.

Portuqaliyanın keçmiş baş naziri Antoniu Gutteresin şansı daha çoxdur.

O, Təthlükəsizlik Şurasında keçirilən ilk səsvermədə birinci olub.

Gutteres 2015-ci ilin dekabrınadək BMT-nin qaçqınlar üzrə ali komissarı olub.

Onun ardınca isə Slovaniyanın keçmiş vitse-prezidenti Danilo Türk gəlir.

O, beynəlxalq hüquqlar üzrə diplomat və mütəxəssisdir.

3-cü yerdə isə YUNESKO-nun (UNESCO) Bolqarıstandan olan baş direktoru İrina Bokova gəlir.

Təhlükəsizlik Şurasında səsvermə qapalı olub.

BMT nəticələrə görə 12 namizədin siyahısını hazırlayır və onların arasından növbəti baş katib seçilir.

İndiki baş katib Ban Ki Moon ilin sonunda istefaya gedir.

O 10 il-2 müddətdir ki, baş katibdir.

Günün bütün mövzuları

XS
SM
MD
LG