Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 10:05

-

2016-cı ilin 6 ayında istehlakçılara 13 804,4 milyon manatlıq məhsul satılıb.

Bu 2015-ci ilin eyni dövrü ilə müqayisədə 1,9 faiz çoxdur.

Dövlət Statistika Komitəsinin məlumatında belə deyilir.

Məlumatda bildirilir ki, ərzaq məhsulları, içki və tütün məmulatları üzrə satışın dəyəri 2,4 faiz artaraq 6 790,6 milyon manata çatıb.

Qeyri-ərzaq məhsulları üzrə satışın həcmi isə 7013,8 milyon manat təşkil edib. Bu sahədə də cüzi artım olub.

Buna da bax: Nazir maaş ve pensiyaların gecikməsi xəbərinə münasibət bildirdi

İstehlakçıların pərakəndə ticarət şəbəkələrində xərclədiyi vəsaitin 49,2 faizi ərzaq məhsulları, içkilər və tütün məmulatlarının payına düşüb. Vəsaitin 17,4 faizi də toxuculuq məhsulları, geyim və ayaqqabılara xərclənib. Qalan vəsaitdən 6,1 faizi elektrik mallarına, mebelə, 5,7 faizi avtomobil yanacağına, 1,4 faizi də əczaçılıq və tibbi mallara xərclənib.

Ötən il Azərbaycanda iki dəfə devalvasiya baş verib. Manat dollar qarşısında iki dəfə dəyər itirib. Bu amilləri nəzərə alan müstəqil iqtisadçılar deyir ki, dollarla götürüləndə insanların son bir ildə həm, ərzaq, həm də qeyri ərzaq mallarına xərclədiyi vəsait azalıb.

Buna da bax: İşığın bahalaşması kimə daha çox ziyan vuracaq- [Video]

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG