Keçid linkləri

2016, 30 Sentyabr, Cümə, Bakı vaxtı 22:32

Ermənistan prezidenti Serzh Sarkisian iyulun 22-də Milli Təhlükəsialik Nazirliyi, polis, prokurorluq və istintaq orqanları rəhbərlərinin iştirakı ilə iclas keçirib.

O, ötən bazar polis binasını zəbt eləmiş silahlı qrupu, girovları azad etməyə və silahı yerə qoyaraq təslim olmağa çağırıb.

Sarkisian deyib ki, Ermənistanda məsələlər zor işlətmək, hücum və insanları girov götürmək yolu ilə həll olunmayacaq və buna heç vaxt yol verməyəcəyik.

O, silahlıları səbirli olmağa və təxribatçı hərəkətlərlə digər insanlara təhlükə yaratmamağa çağırıb.

Sarkisian həmçinin qeyd edib ki, hər bir vətəndaşın həyatı hökumət üçün dəyərli olduğundan hakimiyyət səbrli hərəkət edəcək.

Qeyd edək ki, bir qrup silahlı adam ötən bazar polis-patrul xidməti alayının Erebunidəki binasını zəbt edib.

Hücum vaxtı 1 polis əməkdaşı ölüb, 3-ü isə yaralanıb.

Onlar “Təsis parlamenti” hərəkatının lideri Jirayr Sefilyanın azad olunmasını tələb edirlər.

Hakimiyyət nümayəndələri hazırda onlarla danışıqlar aparır.

Sefilyan qanunsuz silah saxlama ittihamı ilə iyunda həbs olunub.

Günün bütün mövzuları

XS
SM
MD
LG