Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 05:12

Baş redaktor 'Bandotdel'ə çağırıldı


Şəmşad Ağa
Şəmşad Ağa

Arqument.az saytının baş redaktoru Şəmşad Ağanın Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə (BMCMİ) çağırıldığı bildirilir.

Bu barədə jurnalistin özü bilgi verib.

Ş.Aganın deməsinə görə, onunla özünü BMCMİ-in müstəntiqi Hacı Əfəndiyev kimi təqdim edən şəxs əlaqə saxlayıb.

Müstəntiq jurnalistdən bu gün - iyulun 22-də saat 15:00-da idarədə olmasını istəyib.

«Bandotdel»ə çağırılmasının səbəbi barədə Şəmşad Ağaya hər hansı izahat verilməyib.

Jurnalist göstərilən zamanda «Bandotdel»ə gedəcəyini bildirib.

DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsindən jurnalistin dediklərinə münasibət öyrənmək, hələlik, mümkün olmayıb.

İyulun 22-si Azərbaycanda Milli Mətbuat Günü kimi qeyd edilir.

XS
SM
MD
LG