Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 06:19

“Qiyam kəşfiyyat xidmətinin işində ciddi qüsurlar olduğunu üzə çıxardı”

Bunu fövqəladə vəziyyət rejimindən sonra Reuters agentliyinə müsahibəsindəTürkiyə prezidenti Racep Tayyip Erdogan deyib.

O, orduda islahatlar aparılacağını bildirib və qeyd edib ki, bunun üçün artıq gələn həftə Ali Hərbi Şuranın toplantısı ola bilər.

Bir sıra tənqidçilər hesab edir ki, rəqiblə mübarizə aparmaq üçün qiyamı hakimiyyətin özü təşkil edə bilər.

Qiyama hazırlıqdan xəbərdar olub-olmaması barədə suala gələndə, Erdoqan hirslənib.

O, iyulun 15-də törədilən uğursuz qiyamda 246 nəfərin öldüyünü, 2185 nəfərinsə yaralandığını bildirib.

Erdogan düşmənə qarşı mübarizənin davam etdiriləcəyini deyib.

Hökumətin tərəfdarları dünən İstanbul və Bosfor körpüsü üzərində mitinqə çıxıblar.

Aksiyaçılar qiyamı pisləyib və fövqəladə vəziyyət rejiminə dəstək bildiriblər.

Günün bütün mövzuları

XS
SM
MD
LG