Keçid linkləri

2016, 28 Sentyabr, çərşənbə, Bakı vaxtı 15:56

-

Malayziya, Avstraliya və Çin rəsmiləri Malayziya Hava Yollarına məxsus təyyarənin axtarışını dayandırmağa razılaşıblar. Hind Okeanında axtarış bitən kimi əməliyyatlar dayandırılacaq.

Üç ölkənin nəqliyyat nazirlərinin iyulun 22-də yaydığı birgə bəyanatda deyilir ki, təyyarənin tapılmasına ümidlər “azalır”.

239 sərnişin və heyət üzvləri olan təyyarə iki il öncə Kuala Lumpurdan Pekinə uçuş zamanı yoxa çıxıb. Sərnişinlərin əksəriyyəti çinlilər idi.

Təyyarənin Avstraliyanın qərbində Hind Okeanına düşdüyü güman edilir.

Malayziya tərəf bildirib ki, yeni informasiya çıxarsa, axtarış bərpa oluna bilər.

Nazirlərin sözlərinə görə, axtarış bitməzdən öncə Hind Okeanında 10 min kvadrat kilometr ərazi hələ axtarılacaq.

XS
SM
MD
LG