Keçid linkləri

2016, 30 Sentyabr, Cümə, Bakı vaxtı 12:20

Çevrilişə qatılan gizirə dəfn xidməti göstərilməyib


İstanbulda çevrilişdə iştirak edən əsgərləri döyürlər.

İstanbulda çevrilişdə iştirak edən əsgərləri döyürlər.

Gizir Nedim Şahin doğulduğu Ordu şəhərinə dəfn edilməyə aparılıb. Söhbət Ankara əyalətinin Gölbaşı şəhərciyində polis idarəsini ələ keçirmək istərkən, atışmada öldürülən Türkiyə hərbçisindən gedir. Bundan xəbər tutan Ordu şəhər bələdiyyə başqanı Enver Yılmaz:«Ordu vətən xainlərini saxlayacaq şəhər deyil», - deyərək gizirin dəfn edilməsinə məzar yeri verməkdən boyun qaçırıb. Ailəsi çevriliş cəhdinə qatılan giziriyaşadığı evin bağçasında basdırmağa məcbur qalıb.

«Türk Silahlı Qüvvələrinə xəyanət edən bu vətəndaşa əsla məzar yeri verməz və dəfn xidməti göstərmərik. Bütün şöbələrə təlimat vermişəm. Ordu vətən xainlərini öz bağrında saxlayacaq, torpağındatutacaq şəhər deyil. Vətən xainlərinə qətiyyən güzəştə getməyəcəyik!», - bələdiyyə başqanı qərarını belə əsaslandırıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG