Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 09:18

Milli Mətbuat günüdür


Qəzet
Qəzet

22 iyul Azərbaycanda Milli Mətbuat Günü kimi qeyd edilir.

Həsən bəy Zərdabinin 1875-ci il iyulun 22-də nəşr etməyə başladığı «Əkinçi» qəzeti ilə Azərbaycanın milli mətbuat tarixinin başlandığı deyilir.

Azərbaycan XX əsrin 90-cı illərində apardığı milli mübarizə nəticəsində dövlət müstəqilliyini qazananda, bu tarix Milli Mətbuat Günü kimi qeyd olunmağa başladı.

«Əkinçi»nin öz tarixinə gəlincə isə, bu qəzet 1875-ci il iyulun 22-dən 1877-ci ilin sentyabrınadək nəşr edilib və cəmi 56 sayı olub.

Gözlə

No media source currently available

0:00 0:24:56 0:00
Direct-ə keçid

Bir tərəfdən Çar imperiyasının təzyiqləri, digər tərəfdən xalqın geniş dəstək verməməsi üzündən qəzetin nəşri dayanıb.

Amma müstəqil ekspertlər düşünür ki, Azərbaycan mətbuatının indi də çoxsaylı problemləri var. Onların fikrincə, Azərbaycanda indi rəsmi senzura olmasa da, qəzetlərin əksəriyyəti hakimiyyətdən asılıdır, istədiyi problemlərə toxuna bilmir. Üstəlik, bu yaxın illər ərzində Azərbaycanda 10-larla jurnalist həbs edilib. 2005-ci il martın 2-də isə «Monitor» jurnalının baş redaktoru Elmar Hüseynovu muzdlu qatillər qətlə yetirib. Qətlin sifarişçiləri və icraçıları, hələ də, məsuliyyətə alınmayıblar.

Buna da bax: Metroda qəzet, jurnal satışının ləğv edilməsinə necə baxırsınız?

Metroda qəzet, jurnal satışının ləğv edilməsinə necə baxırsınız?
Gözlə

No media source currently available

0:00 0:01:57 0:00

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG