Keçid linkləri

2016, 26 Sentyabr, Bazar ertəsi, Bakı vaxtı 19:35

-

Paris prokurorluğu iyulun 21-də bildirib ki, Nitsa bulvarında 84 nəfəri öldürmüş yük maşını sürücüsüylə əlbir olmuş 5 nəfərə qarşı terrorçuluq ittihamları irəli sürüb.

Prokurorlar bildirir ki, hadisə yerində öldürülmüş sürücü Mohamed Lahouaiej Bouhlel və onunla əlbir olanlar aylarla bu hücuma hazırlaşıblar. Prokurorlar ismarıc mətnlərini, mindən çox telefon zəngini, şübhəlilərdən birinin telefonunda hücumun videosunu dəlil kimi ortaya qoyublar.

Bu işlə 400-dən çox müstəntiq məşğul olur. Şübhəlilərə qarşı qətldə iştirak, terror təşkilatına bağlı silahlar saxlamaq kimi ittihamlar irəli sürülüb.

Əslən Tunisdən olan fransalı Bouhlel Fransada illərlə yaşayıb. Ona yaxın olanlar onun son dövrlərə qədər radikallaşma əlaməti göstərmədiyini bildirirlər. Prokurorlar bildirir ki, Bouhlel-in telefonundan əldə olunmuş məlumat onun hücuma 2015-ci ilin mayından hazırlaşdığını göstərir.

İslam Dövləti (İŞİD) silahlı qruplaşması hücuma görə məsuliyyəti üzərinə götürüb.

Günün bütün mövzuları

XS
SM
MD
LG