Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 16:21

ABŞ-ın dəstəklədiyi qüvvələr, Suriyada “İslam Dövləti” qrupu yaraqlılarının Manbij şəhərindən çıxmasına 48 saat vaxt qoyub.

Bu şəhər Türkiyə sərhədinin yaxınlığında yerləşir.

Manbijin hərbi şurası mülki sakinlər arasında itkilərdən qaçmağa çalışır.

Bu şura, kürdlərin rəhbərlik etdiyi “Suriyanın Demokratik Qüvvələri” qrupunun tərkib hissəsidir.

Şura, bunun yaraqlılar üçün sonuncu şans olduğunu bəyan edib.

Məlumatlara görə şəhərdə 10 minlərlə dinc sakin var.

Bu şəhər “İaslam Dövləti” qrupunun əsas dayaq məntəqəsi olan Raqqaya gedən yolun üstündə yerləşir.

“Suriyanın Demokratik Qüvvələri”, ABŞ-ın rəhbərlik etdiyi hərbi koalisiyanın dəstəyi ilə şəhəri mühasirəyə alıblar.

Amma dinc sakinlər arasında itkilərdən qaçmaq üçün hələ də gözləmə mövqeindədirlər.

Günün bütün mövzuları

XS
SM
MD
LG