Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 23:07

“Moskva Yerevanda polis binasının zəpt edilməsini pisləyir və Ermənistan hakimiyyətinin gördüyü tədbirləri dəstəkləyir”.

Bunu iyulun 21-də Rusiya xarici işlər nazirliyinin sözçüsü Maria Zakharova bəyan edib.

O qeyd edib ki, Moskva vətəndaşlara təhlükə törədən və polis əməkdaşının ölümü ilə nəticələnən bu insidenti, kriminal və qəbuledilməz hərəkət kimi qiymətləndirir.

Zakharova yaxın vaxtlarda vəziyyətin yoluna qoyulacağı, girovların azad ediləcəyi və hərtərəfli istintaq nəticəsində günahkarların zəzalandırılacaqlarına ümidlə yanaşdıqlarını bildirib.

Qeyd edək ki, bir qrup silahlı adam ötən bazar polis-patrul xidməti alayının Erebunidəki binasını zəbt edib.

Hücum vaxtı 1 polis əməkdaşı ölüb, 3-ü isə yaralanıb.

Onlar “Təsis parlamenti” hərəkatının lideri Jirayr Sefilyanın azad olunmasını tələb edirlər.

Hakimiyyət nümayəndələri hazırda onlarla danışıqlar aparır.

Sefilyan qanunsuz silah saxlama ittihamı ilə iyunda həbs olunub.

Günün bütün mövzuları

XS
SM
MD
LG