Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 12:26

Lozannedəki idman arbitraj məhkəməsi rusiyalı atletləri Braziliyada keçiriləcək yay olimpiya oyunlarına buraxmayıb.

Beləliklə məhkəmə Rusiya Olimpiya Komitəsinin şikayətini rədd edib.

Belə bir qərarı bundan əvvəl Beynəlxalq Yüngül Atletikalar Federasiyası qəbul etmişdi.

Rusiya isə qərardan şikayət vermişdi.

Qeyd edək ki, Beynəlxalq Antidopinq Agentliyi bu yaxınlarda Rusiyanın antidopinq laboratoriyalarında kütləvi pozuntular olması ilə bağlı hesabat yayıb.

Beynəlxalq Olimpiya Komitəsi isə məsələnin araşdırılması ilə bağlı xüsusi komissiya yaradıb və bundan sonra məlum olub ki, Rusiya laboratoriyaları nəticələri qəsdən ört-basdır edib.

Yekun qərarın iyulun 14-də qəbul ediləcəyi gözlənilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG