Keçid linkləri

2016, 26 Sentyabr, Bazar ertəsi, Bakı vaxtı 07:38

Van Gogh kəsilmiş qulağını bu qıza hədiyyə edibmiş


Van Goghun əsərlərinin sərgisi, Belarusiya

Van Goghun əsərlərinin sərgisi, Belarusiya

-

Üstündən bir əsr keçdikdən sonra Vincent Van Gogh-un qulağını kəsərək hədiyyə etdiyi qızın adı məlum olub. "Art Newspaper" qəzetinin araşdırmasına görə həmin qız fermer qızı olan Gabriel Berlate-dir, Gabriel bir müddət fahişəxanada işləyib və Van Goghla da elə orda tanış olublar.

Qəzet yazır ki, ola bilsin Gabrielayla Vincent ya bir müddət birlikdə yaşayıblar, ya da sadəcə rəssamın ara sıra baş çəkdiyi yerdə tanış olaraq dostlaşıblar.

Bütün bu məlumatlar amerikan yazarı və araşdırmaçı jurnalisti Bernadette Murphy-nin yaxın günlərdə çıxmış kitabı "Van Goghun qulağı: Olmuş əhvalatlar" kitabında yer alıb. Müəllif qeyd edir ki, Gabrielanın qohumlarını tapıb və məlumatları onlardan alıb, amma o müsahiblərinə söz verib ki, özləri istəmədikcə adlarını çəkməsin.

Buna da bax: S.Baycan: Van Goghu kimlər anlaya bilər...

Van Goghun kəsilmiş qulağını hədiyyə etdiyi qızın adı isə Paristəki "Pasteur" tibb institutunun qeyd dəftərçələrinin birində müəllifin qarşısına çıxıb. Sən demə 1888-ci ildə Gabrieli it dişləyib və o quduzluğa qarşı müalicə olunmaq üçün həmin xəstəxanada yatıb. Xoşbəxtlikdən ona vurulan quduzluğa qarşı peyvənd qızın həyatını xilas edib.

Lakin, o zaman cəmi 18 yaşı olan qızcığazın müalicəsi ailəsinə baha başa gəlib və ailəsi ağır borc altına girdiyindən onu fahişəxanada işləməyə məcbur edib. Beləliklə o fahişəxanaya işə düzəlib, amma yaşı az olduğu üçün onu fahişəxanaya xadimə kimi işə götürüblər.

Buna da bax: Van Gogha tam bənzəmək üçün qulağını kəsəcək

Kitabın müəllifi Bernadette Murphy Van Goghun nəyə görə qulağını gənc qıza hədiyyə etdiyini bilmir, amma o zamanlar rəssamın psixoloji problemlərdən əziyyət çəkdiyini qeyd edir.

Müəllif həmçinin Gabrielanın sonradan evləndiyini və uzun, xoşbxət həyat yaşadığını, ancaq heç zaman Van Goghla yaşadığı gizli münasibətindən danışmadığını bildirir.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG