Keçid linkləri

2016, 27 Sentyabr, çərşənbə axşamı, Bakı vaxtı 22:55

Türkiyə hakimiyyətinin 15 iyul qiyamının təşkilində ittiham elədiyi Fətullah Gülənin müşaviri Alp Aslandogan Gülenin yaratdığı “Hizmət” hərəkatının üzvlərinə qarşı təqiblərdən narahatlıq bildirib.

O Reutersə müsahibəsində bildirib ki, hərəkatın üzvləri son 2 ildir ki, təqiblərə məruz qalırlar, amma çeviriliş cəhdindən sonra onlaqa qarşı təzyiq və repressiyalar daha da artıb: "Erdoganın tərəfdarları “Hizmət” ə rəğbəti olanlar barədə hakimiyyətə məlumat vermək üçün qaynar xətt açıblar. Bu, faşist Avropası vaxtı soyqırımdan əvvəlki dövrü xatırladır və çox həyəcanlı işarələrdir”.

Almaniya, Niderland və Kanadanın xarici işlər nazirləri də daxil olmaqla xarici diplomatlarda ABŞ Dövlət Departamentində keçirilən görüşdə Türkiyədə insanların kütləvi şəkildə işdən kənarlaşdırılmasından narahatlıq bildiriblər.

İyulun 15-də Türkiyədə törədilən uğursuz qiyamda 230-dan çox adam ölüb.

Bundan sonra 60 minədək adam kütləvi şəkildə işdən kənarlaşdırılıb və ya saxlanılıb.

Həmçinin baxın - AzadlıqRadiosunun Youtube Kanalında izləyin:

Günün bütün mövzuları

XS
SM
MD
LG