Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 21:11

Türkiyədə fövqəladə vəziyyət rejiminin ilk günündə, prezident Racep Tayyip Erdoganın tərəfini saxlayan bir qrup kənc Ankarada dəstək aksiyasına çıxıblar.

Aksiyanı “Türk Gənclər Birliyi” təşkilatı təşkil edib.

Təşkilatın üzvləri 15 iyul qiyamının təşkilində ittiham olunan Fetullah Gülən və ABŞ əleyhinə şüarlar səsləndirib, onun tərəfdarlarının universitetlərdən təmizlənməsini tələb ediblər.

AmmaAnkara sakinlərinin heç də hamısı, fövqəladə vəziyyət rejimini birmənalı qarşılamır.

Həsən Təyyar adlı sakin, bunun heç bir azadlığın olmadığı bir ölkədə vəziyyəti daha da pisləşdirəcəyini deyir.

Bu arada, fövqəladə vəziyyət rejiminin ilk günündə daha 32 hakimin saxlandığı bildirilir.

Fövqəladə vəziyyət rejimi iyulun 21-i, gecə saat 1-dən qüvvəyə minib.

Prezident Racep Tayyip Erdogan Milli Təhlükəsizlik Şurasının 5 saatlıq iclasından sonra televiziya ilə xalqa müraciətində deyib ki, məqsəd demokratiya, hüquq və azadlıqları qorumaqdır.

Türkiyə hakimiyyəti iyulun 15-də edilən hərbi çeviriliş cəhdindən sonra ordu, polis, məhkəmə və təhsil sahələri də daxil olmaqla ölkədə kütləvi təmizləmələr aparır.

Ümumilikdə 60 minədək adamın işdən kənarlaşdırıldığı bildirilir.

Türkiyə hakimiyyəti dəfələrlə bəyan edib ki, bu qiyamın arxasında hazırda ABŞ-da yaşayan Fətullah Gülen durur.

Gülen ittihamı rədd edir.

Günün bütün mövzuları

XS
SM
MD
LG