Keçid linkləri

2016, 26 Sentyabr, Bazar ertəsi, Bakı vaxtı 05:55

-

Azərbaycanda çay ixracatında ciddi azalma var. Bu ilin 6 ayı ərzində cəmi 605 ton çay ixrac edilib.

Bu haqda kənd təsərrüfatı eksperti Vahid Məhərrəmov öz facebook səhifəsində yazıb.

O, çay ixracatı ilə bağlı 5 il əvvəlin göstəricilərini yada salıb.

“Azərbaycan 2010 ilin birinci 6 ayında xaricə 3,7 min ton çay göndərmişdi. Ölkə həmin ixracdan 15,3 milyon dollar vəsait əldə etmişdi”, - deyən ekspert qeyd edib ki, həmin dövrlə müqayisədə ixracdakı azalma 6,2 dəfə olub.

V. Məhərrəmov qeyd edib ki, bu il cəmi 605 ton çay ixrac edilib. “Ölkənin bu sahədən valyuta gəliri 4,8 dəfə azalaraq 3,2 milyon dollar təşkil edib”, ekspert qeyd edib.

V. Məhərrəmov ötən ildən başlayaraq ölkədə çayçılığın inkişafı ilə bağlı konkret tədbirlərin görülməsi barədə rəsmi açıqlamaların olmasını da yada salıb.

“Dostlar, 2011-ci ildə Bakıda keçirilən Azərbaycan-Avstriya biznes forumunda İlham Əliyev çıxışında belə demişdi: “Ölkə iqtisadiyyatının şaxələndirilməsi ilə bağlı konkret tədbirlər görülür ”. Həmin “konkret tədbirlərdən ” sonra, keçən ilin analoji dövrü ilə müqayisədə bu ilin 6 ayı ərzində çay idxalı fiziki çəkidə 2 dəfəyə yaxın, dəyər ifadəsində isə 3 dəfə artıb. Başqa sözlə, bu ilin 6 ayı ərzində ölkəyə 5,5 min ton çay idxal edilib. Bundan 605 ton ixrac olunub, qalan 4,9 min tonu isə daxili tələbatın ödənilməsinə, yəni istehlaka yönəlib”, ekspert bildirib.

Kənd təsərrüfatı ekspertlərinin fikrincə Azərbaycana daha çox keyfiyyətsiz çay idxal edilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG