Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 08:10

Ukraynanın şərqində dinc sakinlərin başına gələnlər


Foto illüstrasiya

Foto illüstrasiya

-

Ukraynanın şərqindəki münaqişədə mülki şəxslər qanunsuz saxlanılır, yoxa çıxır, hətta hər iki tərəfin işgəncəsinə məruz qalır. Bu barədə iyulun 21-də Amnesty International və Human Rights Watch (HRW) təşkilatları birgə hesabat yayıb.

Hesabatda deyilir ki, həm Ukrayna hökuməti, həm də kiyevpərəst yarımhərbi qruplar separatçılarla əlaqə saxlamaqda şübhəli bildikləri dinc sakinləri saxlayır. Rusiyapərəst separatçılar isə Ukrayna hökumətini dəstəkləməkdə, yaxud casusluq etməkdə şübhəli saydığı şəxsləri həbsə atdırır.

Qeyd olunur ki, bu saxlananlar bəzən məhbus mübadiləsində alver predmeti kimi istifadə olunur.

HRW-dan Tanya Lokshina RFE/RL-ə deyib ki, onları bir səslə danışmağa vadar edən bu problemin xeyli böyüməsidir və bütün münaqişə tərəfləri dərhal tədbir görməlidir.

Hesabatda 18 hal araşdırılıb.

2014-cü ilin aprelindən bəri Ukraynanın şərqindəki münaqişədə 9 min 400 nəfər həlak olub.

Günün bütün mövzuları

XS
SM
MD
LG