Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 20:21

-

ABŞ-da respublikaçıların prezidentliyə namizədi Donald Trump deyir ki, prezident olsaydı, Baltik ölkələrini Rusiya işğal edəcəyi halda, onların köməyinə gəlməzdi. “The New York Times” iyulun 20-də Trump-la müsahibə dərc edib. O deyir ki, daha öncə bu ölkələrin “bizə qarşı öhdəliklərini necə yerinə yetirdiklərinə” baxardı.

Daha öncə Trump NATO-nun bəzi üzvlərinin alyansa yetərincə töhfə vermədiyini, Vaşinqtonun NATO-nun maliyyə yükünü daha çox çəkdiyini deyirdi.

NATO üzvünə hücum halında onun köməyinə gəlməmək alyansın Şimali Atlantika Sazişinin 5-ci maddəsinin pozulması deməkdir. Həmin maddədə deyilir ki, istənilən üzvə hücum NATO-nun hər bir üzvünə hücum deməkdir.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG