Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 23:06

Rusiyalı atletlərlə bağlı qərar olacaq


Putin və dopinq, siyasi karikatura

Putin və dopinq, siyasi karikatura

-

İyulun 21-də İdman üzrə Arbitrasiya Məhkəməsi Rusiyanın yüngül atletika üzrə olimpiya komandasının şikayətiylə bağlı qərar verəcək. Komanda dopinq ittihamıyla onlara qoyulmuş qadağadan şikayət verib.

Bu qərar Beynəlxalq Olimpiya Komitəsinin (BOK) Rusiya komandası barədə qərarına da kömək edəcək. Rusiyanın əksər olimpiya idman növlərində dövlətin himayəsiylə dopinq qəbul etməsi iddialarından sonra komandanın olimpiadadan uzaqlaşdırılması götür-qoy olunur.

BOK bildirib ki, Rusiyanın olimpiada buraxılmamasından ötrü “hüquqi variantları araşdıracaq”, amma yekun qərardan öncə Cenevrə arbitrasiya məhkəməsinin qərarını gözləyəcək.

Bu həftə Ümumdünya Antidopinq Agentliyi açıqladığı hesabatda Rusiya idman nazirliyini yay və qış olimpiya oyunlarında geniş dopinq proqramını idarə etməkdə suçlayıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG