Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 08:08

-

Respublikaçıların qurultayında Texas senatoru Ted Cruz partiyanın seçkilərə rəsmi namizədi Donald Trump-ı dəstəkləməyib. Bu da Trump tərəfdarları arasında narazılıq yaradıb.

Milyarder Donald Trump praymeriz seçkisində 16 namizədi məğlub edib, ancaq hətta respublikaçı liderlər belə onu bölücü, ksenofobik adlandırıblar. Cruz isə seçkilərdə, adətən, Trump-dan sonra ikinci yerdə gəlirdi.

Cruz 20 dəqiqəlik çıxışında bircə dəfə Trump-ın adını çəkib, onu namizəd olması münasibətliə təbrik edib, amma seçiciləri Trump-a səs verməyə çağırmayıb. Bu isə Trump tərəfdarlarının narazılığına səbəb olub, onlar Cruz-u sözünə əməl etməyə çağırıblar. Kampaniyanın əvvəlində bütün respublikaçı namizədlər yekun namizədi dəstəkləməyə söz veriblər.

Günün bütün mövzuları

XS
SM
MD
LG