Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 20:43

Müdafiə Nazirliyi bildirir ki, Ermənistan silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan istifadə etməklə sutka ərzində atəşkəsi ümumilikdə 8 dəfə pozublar.

Məlumatda qeyd edilir ki, Ermənistanın İcevan və Noyemberyan rayonundan Azərbaycan ordusunun Qazax rayonu ərazisindəki adsız yüksəkliklərdəki mövqeləri atəşə tutulub.

Bundan başqa, Krasnoselsk rayonundan Azərbaycan Silahlı Qüvvələrinin Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərinin də vurulduğu açıqlanıb.

Nazirliyin bildirməsinə görə, Goranboy və Füzuli rayonları istiqamətlərində də Azərbaycanın mövqeləri hədəf seçilib.

Bu il aprelin 2-dən 5-nə kimi Qarabağ cəbhəsində baş verən hərbi əməliyyatlarda hər iki tərəf onlarla itki verib. Bundan sonra ATƏT-in Minsk qrupu Azərbaycan və Ermənistan rəhbərliyinin görüşünü təşkil edib. Bu il mayın 16-da Vyanada keçirilən görüşdən sonra cəbhədə iri hərbi əməliyyatlar dayanıb.

Qarabağ münaqişəsi 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayon işğal edilib.

XS
SM
MD
LG