Keçid linkləri

2016, 29 Sentyabr, Cümə axşamı, Bakı vaxtı 12:24

«Kəpəz» klubu Avropa Liqasının II təsnifat mərhələsində mübarizəni dayandırıb. İyulun 20-də «Admira» ilə cavab oyununa çıxan Gəncə təmsilçisi «Dalğa Arena»dan bu dəfə 0:2 hesabı ilə məğlub ayrılıb.

Bir həftə öncə «Kəpəz» səfərdə 1:0 hesabı ilə məğlub olmuşdu.

Azərbaycanı Çempionlar Liqasında yeganə təmsil edən «Qarabağ» klubu isə növbəti mərhələyə adlayıb. II təsnifat mərhələsində «Qarabağ» Lüksemburqda «Düdelanj» komandası ilə oyun keçirib. Həmin oyun heç-heçə başa çatıb. Bu nəticə «Qarabağ»a növbəti mərhələyə adlamağa imkan verib.

«Qarabağ» III təsnifat mərhələsində Çexiyanın «Viktoriya» klubu ilə qarşılaşacaq.

BƏS «NEFTÇİ» VƏ «QƏBƏLƏ»?

Avropa Liqasındakı Azərbaycanın digər təmsilçisi «Qəbələ» isə iyulun 21-də II təsnifat mərhələsinin cavab oyunları çərçivəsində Macarıstan təmsilçisi MTK ilə qarşılaşacaq.

İlk qarşılaşmada Roman Qriqorçukun yetirmələri səfərdə 2:1 hesablı qələbə qazanıblar.

MTK səddini keçəcəyi halda, «Qəbələ» növbəti mərhələdə adlı-sanlı «Lill» klubuna rəqib olacaq.

Azərbaycanın Avropa Liqasında sonuncu təmsilçisi «Neftçi» isə II təsnifat mərhələsində iyulun 21-də səfərdə Makedoniyanın «Şkendiya» klubu ilə cavab oyununa çıxmalıdır. Paytaxt təmsilçisinin Makedoniya təmsilçisi ilə Bakıda keçirdiyi ilk görüş qolsuz bərabərliklə nəticələnib.

Vəli Qasımovun komandası bu mərhələni adlasa, «Mlada Boleslav» (Çexiya) klubuna rəqib olacaq. Bundan ötrü onlara ya qələbə, ya da qollu bərabərlik lazımdır.

XS
SM
MD
LG