Keçid linkləri

2016, 25 Sentyabr, bazar, Bakı vaxtı 06:01

«Avtomobil yolları» Məqsədli Büdcə Fondunun vəsaiti ilə bağlı sərəncam verən qurum dəyişdirilib.

Bununla bağlı dövlət başçısı İlham Əliyev bu il iyulun 20-də sərəncam imzalayıb. Bu sərəncamla bu sahədə indiyə kimi sərəncam verən Nəqliyyat Nazirliyinin səlahiyyəti «Azəravtoyol» ASC-yə verilib.

«Avtomobil yolları» Məqsədli Büdcə Fondu yol vergisi, sadələşdirilmiş vergi, aksizlər, dövlət rüsumları və dövlət büdcəsindən bəzi ayırmalar hesabına formalaşır.

Dəyişikliyə əsasən, bu sahədə tətbiq edilən cərimələr də Fonda yönəldiləcək.

Son 3 ildə Nəqliyyat Nazirliyinin bir sıra səlahiyyətləri alınıb, bu nazirliyə daxil olan bəzi strukturlar kənar qurumlara verilib. Bura taksi fəaliyyətindən ötrü verilən lisenziyalardan tutmuş, yollara nəzarətə qədər bir sıra səlahiyyətlər daxildir.

Günün bütün mövzuları

XS
SM
MD
LG