Keçid linkləri

2016, 29 Sentyabr, Cümə axşamı, Bakı vaxtı 00:30

-

Əfqanıstanda yandırılmış hamilə qızın valideynləri hökumətdən cinayətkarları mühakimə etməyə çağırıb. 14 yaşlı Zahranın ailəsi deyir ki, ona ərinin ailəsi işgəncə verib və yandırıb. Əri isə qızın özünü yandırdığını iddia edir.

Zahra 90 faiz yanıqla Kabilə gətirilib. O, altı gün sonra, iyulun 16-da xəstəxanada dünyasını dəyişib.

Zahranın valideynləri Kabildə etiraz çadırı quraraq ədalət mühakiməsi tələb ediblər. Atası Mohammad Azam RFE/RL-ə deyib ki, “ədalət yerini tapmayınca buradan gedən deyilik”.

Azam-ın sözlərinə görə, qızını 12 yaşında ərə verib və o vaxtdan da onunla pis rəftar olunub. Polis Zahra-nın qayınanası və qayınatasının saxlandığını bildirir.

XS
SM
MD
LG