Keçid linkləri

2016, 01 Oktyabr, şənbə, Bakı vaxtı 02:00

Böyük Britaniyanın baş naziri Theresa May Almaniyaya rəsmi səfərə gedib.

O, Almnaiya kansleri Angela Merkellə görüşüb.

Görüşün əsas mövzusu Böyük Britaniyanın Avropa Birliyindən çıxması olub.

Theresa Mayın həmçinin Fransaya səfəri gözlənilir.

May bundan əvvəl ölkə parlamentində çıxış edərkən britaniyalıların iyunun 23-də keçirilən referendumda Avropa Birliyindən çıxmağa səs verməsinin immiqrasiya probleminə dəqiq mesaj olduğunu deyib: ”Xalq Avropa Birliyindən azad hərəkətə nəzarət etmək istəyir və bu gələcək danışıqların predmeti olacaq” , deyə o bildirib.

Theresa Mayın sözlərinə görə, məqbul səviyyəyədək təmiz miqrasiya həyata keçirilməlidir.

O bildirib ki, Avropa Birliyi ölkələrindən olan miqrant axınına nəzarət üçün vaxt lazımdır.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG