Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 10:05

-

Iyulun 20-də Azərbaycanda iki intihar olayının baş verdiyi bildirilir.

Report-un xəbərinə görə, Bakının Sabunçu rayonunda intihara cəhd edən şəxs xəstəxanada ölüb. Hadisə rayonun Pirşağı qəsəbəsi, Sovxoz-2 adlanan ərazidə baş verib.

Yeni tikilidə yaşayan 25 yaşlı Vəfa Bağırlının özünü asdığı deyilir. Onu xəstəxanaya yerləşdiriblər, ancaq tibbi yardım yetərli olmayıb. O,vəfat edib.

Ancaq, olayın səbəbi, hələlik, açıqlanmayıb.

Ağdam rayonundan da intihara cəhd xəbəri gəlib.

Hadisə rayonun Quzanlı qəsəbəsində baş verib. Xəbərə görə, “Baharlı-2” qəsəbəsində məskunlaşan 41 yaşlı Hümbət Əhmədov üzərinə benzin tökərək özünü yandırıb.

Ətrafda olan şəxslər alovu söndürərək H. Əhmədovu Ağdam Mərkəzi Rayon Xəstəxanasına çatdıra biliblər.

Psixoloji problemlərinin olduğu deyilən H.Əhmədov xəstəxanaya yerləşdirilib.

Buna da bax: "İntiharların əsas səbəblərindən biri sosial gərginlikdir"

Günün bütün mövzuları

XS
SM
MD
LG