Keçid linkləri

2016, 28 Sentyabr, çərşənbə, Bakı vaxtı 14:14

UEFA superkuboku çərçivəsində İspaniyanın "Real" və "Sevilya" klubları arasında keçiriləcək oyunun hakimləri müəyyənləşib.

Qurumun rəsmi məlumatına görə, Norveçdə keçiriləcək oyunu serbiyalı hakimlər briqadası idarə edəcək.

Görüşün baş hakimi Milorad Maziç olacaq.

Ona həmyerliləri Milovan Ristiç və Dalibor Curceviç köməklik edəcək.

Polşalı Simon Marçinyak isə dördüncü referi funksiyasını yerinə yetirəcək.

Qeyd edək ki, avqustun 9-da Tronheym şəhərində keçiriləcək görüş Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.

Günün bütün mövzuları

XS
SM
MD
LG