Keçid linkləri

2016, 30 Sentyabr, Cümə, Bakı vaxtı 15:45

Türkiyə prezidenti Racep TayyibErdogan iyulun 20-də Ankarada Milli Təhlükəsizlik Şurasının fövqəladə iclasını çağırıb.

Məqsəd 15 iyul qiyamından sonra nəzarəti gücləndirməkdir.

Hökumətin kütləvi həbslər fonunda sabitliyin möhkəmləndirilməsi və ölkə iqtisadiyyatına mümkün ziyanın qarşısının alınması ilə bağlı təcili tədbirlər elan edəcəyi gözlənilir.

Qeyd edək ki, 15 iyul qiyamından sonra 80 milyonluq ölkədə hərbçi, polis, hakim, dövlət qulluqçusu və müəllimlər də daxil olmaqla 50 minədək adam işdən kənarlaşıdırılıb və ya saxlanılıb.

Erdogan hakimiyyəti bu uğursuz qiyama görə hazırda ABŞ-da yaşayan Fətullah Güleni günahlandırır və onun verilməsi ilə bağlı rəsi sorğu da göndərib.

15 iyul qiyamında 230-dan çox adam ölüb.

XS
SM
MD
LG