Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 02:30

'Zaman-Azərbaycan' qəzeti də dayandı


-

“Zaman-Azərbaycan” qəzeti Azərbaycanda fəaliyyətini dayandırıb. Qəzetin zaman.az ünvanda olan saytı bu gündən artıq aktiv deyil.

Qəzetin baş redaktoru Anar Qaraxançallı fəaliyyətlərini dayandırdıqlarını təsdiqləyib.

O, qəzetin bununla bağlı açıqlamasının olacağını bildirib.

Bu gün həmçinin, Qafqaz Universitetinin təsisçisi Azərbaycan Təhsil Nazirliyinə müraciət edərək universitetin bağlanması haqqında qərar qəbul olunduğu barədə məlumat verib.

Azərbaycan mətbuatında tez-tez Qafqaz Universitetinin Fətullah Gülənlə əlaqəsi olduğu bərədə yazır dərc edilirdi.

Bir gün əvvəl isə Milli Televiziya və Yayım Şurası (MTRŞ) ANS televiziyasının fəaliyyətini bir aylıq dayandırıb. Şura bunu nurçu lider, hazırda ABŞ-da yaşayan və Türkiyə rəsmi dairələrinin bu ölkədə dövlət çevrilişi təşkil etməkdə günahlandırdığı Fətulla Gülənin mətbuat konfransının işıqlandırılması ilə izah edib.

MTRŞ öz bəyanatında bildirirdi ki, Türkiyənin hakimiyyət orqanları ANS-in fəaliyyəti ilə bağlı onlara şikayət də edib.

Son günlər Türkiyədə baş verən qanlı hadisələrdə prezident R.T. Erdoğan ABŞ-da yaşayan ruhani Fətullah Güləni ittiham edir.

Bundan əvvəl Fətullah Gülənlə əlaqəsi olduğu deyilən Türk Liseyləri, hazırlıq kursları da Azərbaycanda bağlanmışdı.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG