Keçid linkləri

2016, 28 Sentyabr, çərşənbə, Bakı vaxtı 17:40

Daha 3 xarici şirkət Azərbaycandan getdi


-

Azərbaycanda fəaliyyət göstərən daha 3 xarici şirkət ölkədəki nümayəndələyini ləğv edib.

Bu haqda Vergilər Nazirliyi xəbər verir.

Nümayndəliyini ləğv edənlər Rusiya, Böyük Britaniya və İsveçrə şirkətləridir.

Rusiyanın “AKTAVİS”, Böyük Britaniyanın “Bİ CEY SERVİSEZ KOMPANİ MİDL İST LİMİTED” və İsveçrənin “SCHERİNG-PLOUGH CENTRAL EAST AG” şirkətlərinin nümayəndəliklərinin ləğv edilməsinin səbəbi açıqlanmır.

Adıçəkilən şirkətlərin kreditorı tələbləri varsa, 2 ay ərzində bildirə bilərlər.
Bu ilin əvvəlindən Azərbaycandakı bir sıra xarici şirkətlər fəaliyyətlərini dayandırıblar.

Bunların arasında Türkiyə-Küveyt birgə müəssisəsi «Turkapital Holding», Sinqapurun «Petro Singapore Trading PTE Ltd.» və Belçikanın yeyinti məhsulları şirkəti «Puratos» var.

Habelə, Fransanın «Technip Maritime Overseas LTD» və İtaliyanın «Maccaferri Azerbaijan» MMC şirkətləri də Azərbaycanda fəaliyyətlərini dayandırıblar.

Müstəqil iqtisadçılar bunu ötən il ölkədə 2 devalvasiyanın baş verməsi və əhalinin alıcılıq qabiliyyətinin aşağı düşməsi ilə izah edir.

Şərhləri göstər

XS
SM
MD
LG