Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 07:27

AMEA-nin institutları birləşdirildi


AMEA
AMEA

Nazirlər Kabineti Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) bəzi institutlarının birləşdirilməsi haqqında qərar verib.

Qərarda akademiyanın Eroziya və Suvarma İnstitutu Torpaqşünaslıq və Aqrokimya İnstitutu ilə birləşdirilib. Onların bazasında Torpaqşünaslıq və Aqrokimya İnstitutu yaradılıb.

Sənədə əsasən, Fəlsəfə və Hüquq İnstitutunun hüquq elmləri üzrə struktur bölmələri, müvafiq ştat vahidləri ləğv edilib. Onlar Hüquq və İnsan Haqları İnstitutunun tərkibinə verilib. Fəlsəfə və Hüquq İnstitutu «Fəlsəfə İnstitutu» adlandırılıb.

Bu ilin əvvəlindən başlayaraq Azərbaycanda bəzi dövlət qurumları ləğv edilib.

Hələ ötən ay Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Təminat Xidməti ləğv edilmişdi.

Bir müddət öncə isə prezidentin başqa bir sərəncamı ilə Mədəniyyət və Turizm Nazirliyinin bütün rayon şöbələrinin fəaliyyəti tamamilə dayandırılmışdı.

Bundan başqa, Dövlət Sosial Müdafiə Fondu (DSMF) da Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin strukturuna verilmişdi.

Daha əvvəl də 3 dövlət qurumu ləğv edilmişdi. Həmin qurumlar Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK), Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarəti Xidməti (DSNX) və Mərkəzi Bank yanında Maliyyə Monitorinqi Xidməti (MMX) idi. Sözügedən qurumların bazası əsasında Maliyyə Bazarlarına Nəzarət Palatası yaradılıb.

Müstəqil iqtisadçılar hökumətin bu addımlarını neftin qiymətinin düşməsi nəticəsində ölkənin gəlirlərinin azalması ilə izah edirlər. Onların fikrincə, bütün bunlar ölkədə işsizlərin sayını artırır.

XS
SM
MD
LG