Keçid linkləri

2024, 05 May, bazar, Bakı vaxtı 03:48

'Qarabağ' və 'Kəpəz' yaşıl meydanlara çıxır


'Qarabağ'-'İnter' oyunu
'Qarabağ'-'İnter' oyunu

Bu gün Çempionlar Liqasının II təsnifat mərhələsi çərçivəsində növbəti cavab oyunları keçiriləcək. Azərbaycanın bu turnirdə yeganə təmsilçisi «Qarabağ» Bakı vaxtı ilə saat 20-00-da Lüksemburqda «F91 Düdelanj» klubu ilə qarşılaşacaq.

Doğma divarlar arasında keçirilən ilk görüşdə Azərbaycan çempionunu rəqibi 2:0 hesabı ilə məğlub etmişdi.

MEYDANÇADAN ŞİKAYƏT

Bu oyun ərəfəsində «Qarabağ» klubunun rəsmi saytının verdiyi xəbərə görə, baş məşqçisi Qurban Qurbanov rəqib meydançanın vəziyyətindən şikayətlənib:

«Meydançanın vəziyyəti o qədər də yaxşı deyil, bu amil bizim oyunumuza təsir edə bilər. Amma biz maksimum şəkildə çalışacağıq ki, səhvlərə yol verməyək. Rəqibimiz də istəkli komandadır, növbəti mərhələyə vəsiqə qazanmaq üçün vuruşacaq. Bizi ciddi bir oyun gözləyir, həddindən artıq diqqətli olmalıyıq. İki oyunun nəticəsinə görə növbəti mərhələyə vəsiqə qazanmaq istəyirik».

«F91 Düdelanj»-«Qarabağ» cütünün qalibi III təsnifat mərhələsində «Viktoriya» (Plzen) ilə üz-üzə gələcək.

«KƏPƏZ»Ə 2 TOP ÜSTÜNLÜYÜ İLƏ QƏLƏBƏ LAZIMDIR

Azərbaycanın başqa bir klubu «Kəpəz» isə Avropa Liqasının II təsnifat mərhələsində bu gün «Admira» ilə cavab oyununa çıxacaq. Rəqib meydançada keçirilən ilk görüşdə 1:0 hesabı ilə uduzan Gəncə təmsilçisi növbəti mərhələyə adlamaqdan ötrü Bakıda mütləq 2 top üstünlüyü ilə qələbə qazanmalıdır. Bu oyun da saat 20-00-da başlayacaq.

«Kəpəz» bundan öncə, I mərhələdə «Daçiya» klubunu kənarlaşdırıb.

«Kəpəz» bu dueldən üzüağ çıxsa, növbəti mərhələdə Çexiya təmsilçisi «Slovan»la (Liberets) üz-üzə gələcək.

XS
SM
MD
LG