Keçid linkləri

2016, 01 Oktyabr, şənbə, Bakı vaxtı 19:29

-

İyulun 20-də Vaşinqtonda İraq üzrə donorların konfransı başlanır. Birləşmiş Ştatlar, BMT və digər donor ölkələr bildirirlər ki, məqsədləri 2 milyarddan artıq vəsait toplamaqdır. İclasa 24 ölkə qatılır.

İyulun 21-də isə ABŞ-ın İslam Dövləti (İŞİD) qruplaşmasına qarşı kampaniyasının daha böyük iclası keçiriləcək. İclasda anti-İŞİD koalisiyasına üzv ölkələrin müdafiə və xarici işlər nazirləri iştirak edəcək.

İraq böyük humanitar böhran yaşayır. 3,3 milyon nəfər İŞİD-lə müharibə nəticəsində məcburi köçkünə çevrilib.

İyulun 19-da İraqın ən böyük donoru olan Almaniya, eləcə də Kanada uyğun olaraq 1,3 və 121 milyon dollar yardım ayırdıqlarını bildiriblər.

Günün bütün mövzuları

XS
SM
MD
LG