Keçid linkləri

2016, 28 Sentyabr, çərşənbə, Bakı vaxtı 00:38

Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi ölkə ərazisində havaların isti keçməsi ilə əlaqədar sürücülərə müraciət edib.

İdarədən AZƏRTAC-a verilən məlumata görə, son günlər respublikanın avtomobil yollarında günorta saatlarında qeydə alınmış yol-nəqliyyat hadisələrinin təhlilinə əsasən, qəzaların sürücülərin məhz sükan arxasında yuxuya getmələri səbəbindən baş verməsi aydın olub.

Baş Dövlət Yol Polisi İdarəsi qeyd edir ki, bu günlər havaların isti keçəcəyini nəzərə alaraq, sürücülərdən və nəqliyyat vasitələri sahiblərindən xahiş edirlər ki, günün isti vaxtlarında soyuducu sistemlərlə təchiz olunmamış və istismar müddəti çox olan avtomobillərlə uzaq səfərlərə çıxmasınlar.

«Təxirəsalınmaz hallarda kondisionerli marşrut avtobuslarından istifadəyə üstünlük verilməsi, iqlim şəraitinə uyğun olmayan fərdi minik avtomobillərindən yalnız günün nisbətən sərin vaxtlarında yararlanmaq xahiş edilir»,-deyə müraciətdə qeyd edilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, bu gün ölkənin bəzi yerlərində temperatur 42 dərəcəyə qədər yüksələcək.

Günün bütün mövzuları

XS
SM
MD
LG