Keçid linkləri

2016, 29 Sentyabr, Cümə axşamı, Bakı vaxtı 07:17

-

Beynəlxalq Bank ASC-nin İdarə Heyətinin keçmiş sədri Cahangir Hacıyev və digər 7 şəxsin cinayət işinin istintaqı yekunlaşıb.

İstintaq qrupundan APA-ya verilən məlumata görə, iş üzrə ittiham aktı bu gün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

C. Hacıyev və digər 7 nəfər Cinayət Məcəlləsinin 179.3.1, 179.3.2 (mütəşəkkil dəstə tərəfindən külli miqdarda mənimsəmə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ), 309.2 (vəzifə səlahiyyətlərini aşma), 313-cü (vəzifə saxtakarlığı), 228.1 və 228.4-cü (qanunsuz olaraq silah əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə) maddələri ilə ittiham olunurlar.

Buna da bax: Bankirin arvadı axtarışa verildi

Təqsirləndirilən şəxslər və onların müdafiəçiləri iş materialları ilə tanış edilib.

Cahangir Hacıyev ötən il dekabrın 5-də həbs edilib. Vəkillərdən Əfqan Məmmədov bir qədər əvvəl C.Hacıyevin konkret 42 milyon manat mənimsəməkdə ittiham olunduğunu açıqlamışdı. Vəkil həmçinin demişdi ki, C.Hacıyev mənimsədiyi iddia olunan vəsaitə əvəz bankdakı 80 milyon manatlıq səhmlərindən imtina edib.

Ötən ay keçmiş bankirin həyat yoldaşı barəsində də həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının verildiyi bildirilirdi Keçmiş baş bankirin mənimsəmədə ittiham edilən həyat yoldaşı hazırda xaricidədir.

XS
SM
MD
LG