Keçid linkləri

2016, 25 Sentyabr, bazar, Bakı vaxtı 04:17

-

Ötən il Azərbaycanda nikah yaşına çatmayan 15-17 yaşlı qızlar 3 minə yaxın körpə dünyaya gətirib.

Statistika Komitəsindən azvision.az-ın sorğusuna cavab olaraq bildirilib ki, Ədliyyə Nazirliyinin qeydiyyat şöbələri 2015-ci ildə ölkədə ümumilikdə 66,2 min körpə qeydə alıblar.

Ötən il 2895 nəfər körpəni 15-17 yaşda qadınlar dünyaya gətirib. Onlardan 1003 nəfəri şəhər, 1892 nəfəri isə kənd yerləri üzrə qeydə alınıb.

Ailə Məcəlləsinə görə, Azərbaycanda nikah yaşı 18 yaş müəyyən edilir. Üzürlü səbəblərdən, rəsmən ailə qurmaq istəyən və buyaşa çatmamış şəxslərin yaşadıqları ərazinin müvafiq icra hakimiyyəti orqanı onların xahişi ilə nikah yaşının 1 ildən çox olmayaraq azaldılmasına icazə verə bilər.

Cinayət Məcəlləsinə əsasən, nikah yaşına çatmayan şəxsi buna məcbur etməyə görə, üç min manatdan dörd min manatadək cərimə və ya dörd ilədək həbs nəzərdə tutulur.

Buna da bax: Nyu-Yorkda körpələrin yarışı keçirilib

Günün bütün mövzuları

XS
SM
MD
LG