Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 23:46

BMT rəsmisi Türkiyəni qanunun aliliyinə hörmət etməyə çağırıb


Zeid Ra'ad Al Hussein

Zeid Ra'ad Al Hussein

BMT-nin insan haqları üzrə idarəsinin rəhbəri Zeyd Əl Hüseyin (Zeid Al-Hussein) Türkiyə hakimiyyətini qiyamçıları cəzalandırarkən qanunun aliliyinə hörmətlə yanaşmağa çağırıb və hakimiyyətin ölüm hökmünü bərpa etmək istəməsindən narahatlıq bildirib.

İyulun 19-da yayılan bəyanatda deyilir ki, müstəqil müşahidəçilərin onların saxlanma şəraiti ilə tanış olmasına imkan yaradılmalıdır.

Zeyd Əl Hüseyin bildirib ki, insan haqları təhlükəsizlik məsələsinə qurban verilməməlidir.

Qeyd edək ki, Türkiyə hakimiyyəti iyulun 15-də edilən uğursuz qiyam cəhdindən sonra ölkədə ölüm hökmünün bərpasına baxılacağını bəyan edib.

Bu qiyamdan sonra ölkədə 7500 nəfəri həbs edib, hakimlər, valilər və hərbçilər də daxil olmaqla minlərlə adam isə işdən kənarlaşdırılıb.

Qərb liderləri və Türkiyə müxalifəti Ankaranı insanları məsuliyyətə cəlb edərkən səbrli olmağa çağırıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG