Keçid linkləri

2016, 30 Sentyabr, Cümə, Bakı vaxtı 19:09

Şimali Koreya 3 yaxın mənzilli ballistik raketin sınağını keçirib.

Bu barədə iyulun 19-da Cənubi Koreya kəşfiyyatı xəbər yayıb.

Seul və Tokio Pxenyanın hərəkətini pisləyiblər.

Sınaq yerli vaxtla səhər saat 6-da keçirilib.

Pxenyanın cənubundan, Cənubi Koreya sərhədinin təxminən 100 kilometrliyindən Yaponiya istiqamətində 3 raket buraxılıb.

Seulun məlumatına görə raketlər 500-600 metrlik məsafəni vura bilir.

Sınağın, ABŞ və Cənubi Koreyanın regionda yeni hava hücumlarından müdafiə sistemi yerləşdirmək qərarına cavab olduğu güman edilir.

Pxenyan bu günlərdə müttəfiqlərin bu plandan dönməyəcəyi halda, cavab tədbiri görüləcəyini xəbərdarlıq eləmişdi.

Həmçinin Çin bu plana qarşıdır.

Günün bütün mövzuları

XS
SM
MD
LG