Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 23:07

-

“Ölkəni dəyişmək lazımdır, Konstitusiyanı yox. Ölkəni inkişaf etdirmək, təkmilləşdirmək, demokratikləşdirmək lazımdır. Bu dəyişikliklər nə demokratiyanı inkişaf etdirmək, nə də siyasi sistemi təkmiləşdirmək üçündür. Onlar ilk növbədə, ailə hakimiyyətinin əbədiləşdirilməsinə konstitusion təminatlar vermək üçün atılan addımlardır”.

Bunu Milli Şuranın sədri Cəmil Həsənli Konstitusiyaya yeni dəyişikliklər təklifini şərh edərkən bildirib.

Cəmil Həsənli prezidentliklə bağlı müddətin uzadılmasının və yaş məhdudiyyətinin götürülməsinin ailə hakimiyyətinə xidmət etdiyini bildirir:

“Prezidentin 5 illiyə seçilməsi, əslində, bütün dünyada normal qəbul edilən bir müddətdir. Bu müddətin 7 ilə qaldırılmasına heç bir zərurət yoxdur. Hakimiyyətin uzadılmasına xidmət edir. 35 yaş məhdudiyyətinin götürülməsi də mürtəce məzmuna malikdir. Əlbəttə, belə dəyişikliyin edilməsində, görünür ,İlham Əliyevin hansısa niyyətləri var. Yəni bunu Azərbaycan gənclərinə bir əta kim nəzərdə tutmayıb. Yenə də ailə hakimiyyətinin ötürülmə mexanizminin konstitusion əsaslarını yaratmaqdan ötrü belə bir maddə salınıb”.

“Vitse-prezidentliyin yaradılması da eyni dərəcədə mürtəce xarakter daşıyır”

Milli Şuranın sədri vitse- prezidentlik institutunun yaradılmasının da başqa məqsədi olmadığını deyir:

“Bu dəyişikliklər ona görə indi elan olunur ki, dünyanın başı öz problemlərinə qarışıb. Müxtəlif ölkələrdə müxtəlif problemlər var. Türkiyədə hadisələr baş verib. Azərbaycan hakimiyyəti belə bir məqamı özünə əlverişli hesab etdi. Yayda siyasi aktivliyin də aşağı olmasını nəzərə alaraq bu mürtəce xarakter daşıyan və ailə hakimiyyətinin əbədiləşdirilməsinə xidmət edən konstitusion dəyişiklikləri həyata keçirmək istəyirlər. Vitse-prezident institutunun yaradılması da eyni dərəcədə mürtəce xarakter daşıyır. Bu institut yaradıla bilər. Ancaq ona bu qədər hüquq və səlahiyyətlərin verilməsi yenə də məqsədli addımdır. Görünür, bu addımın arxasında ailənin hansısa planları var. Bu dəyişiklik artıq bir şəxsin deyil, bütövlükdə ailənin uzun müddət hakimiyyəti əlində saxlamasının konstitusion əsaslarını təmin etmək niyyətindən irəli gəlib”.

Günün bütün mövzuları

XS
SM
MD
LG