Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 00:46

►Dollar ifadəsində 38 faiz, dəyərsizləşən manatla – 1, 7 faiz.

Dövlət Neft Fondunun (DNF-nin) də gəlirləri dollar ifadəsində kəskin azalaraq, ilin ilk yarısında 2,6 milyarda enib.

Ötən ilin eyni dövründə gəlirin məbləği 4,2 milyard dollar idi. Həmin vaxt Azərbaycan neftinin orta qiyməti 55 dollar civarında olmuşdu.

Bu ilin ilk yarısında Azərbaycan neftinin orta qiyməti 40 dolları bir qədər aşıb. Ötən illə müqayisədə gəlirlər 1, 6 milyard dollar və ya 38 faiz azalıb.

Devalvasiya fondun köməyinə də çatıb.

Manatın son devalvasiyası hesabına DNF gəlirlərinin milli valyuta ifadəsində sabitliyini qorumaq mümkün olub. Manat ifadəsində çox kiçik azalma gözə çarpıb - təxminən 63 milyon manat (1,7 faiz azalma).

Ekspertlər fondun xərclərindəki ləngimələrə diqqət çəkir. DNF bu il 10,7 milyard manat xərcləməlidir.

Amma 6 ayın yekunlarına görə, nəzərdə tutulan xərcin cəmi 24 faizindən (2,5 milyard manatdan) istifadə edilib.

Belə çıxır ki, hökumət tam xərcləməyə gedəsi olsa, Fondun büdcə öhdəliklərinin 76 faizini 2-ci yarımildə yerinə yetirməyə məcbur qalacaq. Belə qısamüddətli kəskin artım dövriyyədə pul kütləsinin genişlənməsini də qaçılmaz edəcək.

Buna da bax: İşığın bahalaşması kimə daha çox ziyan vuracaq- [Video]

Günün bütün mövzuları

XS
SM
MD
LG